Hazırlıqlar çərçivəsində 11 ölkədən 23 idmançının və 3 olimpiya səviyyəli məşqçinin iştirakı ilə “Solidarity” proqramı üzrə iclas keçirilib. Azərbaycanı bu proqramda təmsil edən idmançımız Nəzrin Məmmədova və məşqçimiz Seyhun Yıldız texniki biliklərini təkmilləşdirərək yarışlara hazırlıqlarını davam etdirirlər. Məşqçilər bütün idmançıların qayıq və yelkənlərini diqqətlə yoxlayaraq texniki vəziyyətlərini qiymətləndiriblər. Təxminən 2 saat davam edən dəniz məşqləri uğurla başa çatıb. Bu gün də hazırlıq məşqləri intensiv şəkildə davam etdirilir.
Daha ətraflı: https://2025-ilca4youth.eurilca-europeans.org/










Source:https://www.facebook.com/sailingaze