Azərbaycan Dövlət Dəniz Akademiyası 2025/2026-ci tədris ilində əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün aşağıdakı ixtisaslar üzrə tələbə qəbulu elan edir:
Bakalavriat səviyyəsində:
– Dəniz naviqasiyası mühəndisliyi (tədris azərbaycan, ingilis, rus dillərində)
– Gəmi energetik qurğuları istismarı mühəndisliyi (tədris azərbaycan, ingilis dillərində)
– Gəmiqayırma və gəmi təmiri mühəndisliyi (tədris azərbaycan dilində)
– Elektrik və elektronika mühəndisliyi (tədris azərbaycan dilində)
Bakalavriat səviyyəsində təhsil müddəti 4 ildir.
Magistratura səviyyəsində:
– Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi (tədris azərbaycan dilində)
– Dəniz texnikası və texnologiyası mühəndisliyi (tədris azərbaycan dilində)
– Dəniz texnikası və avadanlıqlarının istismarı mühəndisliyi (tədris azərbaycan dilində)
– Elektrik və elektronika mühəndisliyi (tədris azərbaycan dilində)
Magistratura səviyyəsində təhsill müddəti 2 ildir.
Əcnəbilərin qəbulu: onların təhsil səviyyəsi üzrə hazırlığı və tədris dilini bilmə dərəcəsi akademiyanın müsahibə komissiyası tərəfindən yoxlanılır və mövcud tələblərə uyğun gəldikləri halda qəbul rəsmiləşdirilir.
Təhsil haqqı: 5100 manatdır;
Tələbələr geyim forması, tədris materialları və yataqxana ilə ödənişsiz təmin edilir. Akademiyanın diplomları 170-dən çox ölkədə tanınır.
Azərbaycan Dövlət Dəniz Akademiyası Beynəlxalq Dəniz Universitetləri və Xəzəryanı ölkələrin Dövlət Universitetləri Assosiyasiyalarının üzvüdür.
Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 18
Telefon: 012 493 36 44
adda.edu.az