Bakıda gəmidə ölüm hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə Xəzər dənizinin Qaradağ rayonu ərazisinə aid hissəsində baş verib.
Xəzər Dəniz Neft Donanmasına məxsus “Kunarçay” gəmisinin kran operatorunun köməkçisi işləyən, 1961-ci il təvəllüdlü Qasımov İdris Güləhməd oğlu həmin gəmidə özünəməxsus istirahət otağında qəflətən ürəktutmasından ölüb.
Hüquq-mühafizə orqanları əməkdaşları dərhal hadisə yerinə və meyitə baxış keçirib, meyit müavinə olunmaq üçün ekspertizaya təqdim olunub.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda araşdırma aparılır.