“AZƏRBAYCAN DÖVLƏT DƏNİZ AKADEMİYASI” PHŞ MAGİSTRATURA PİLLƏSİNƏ QƏBUL OLUNMUŞ BAKALAVRLARIN NƏZƏRİNƏ!

4

“AZƏRBAYCAN DÖVLƏT DƏNİZ AKADEMİYASI” PHŞ MAGİSTRATURA PİLLƏSİNƏ QƏBUL OLUNMUŞ BAKALAVRLARIN NƏZƏRİNƏ!

 2025/2026-cı tədris ilində magistratura pilləsinə qəbul olunmuş bakalavrlar 24.07.2025-ci il tarixindən 01.08.2025-ci il saat 18:00-dək Portal.edu.azda qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat zamanı aşağıdakı sənədlər portala yüklənməlidir:

  1. Diplom və diploma əlavənin surəti (cari il məzunları üçün bakalavr səviyyəsini bitirmə haqqında arayış)
  2. İlkin hərbi qeydiyyata alınma haqqında sənəd və ya hərbi bilet (oğlanlar üçün);

Tələb olunan sənədlərin qeyd və möhür olan bütün səhifələrinin aydın şəkildə PDF formatında sistemə yerləşdirilməsi zəruridir.

Portal.edu.az-da qeydiyyatdan keçməyən şəxslər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcəkdir.

Portal.edu.az-da qeydiyyatdan keçmiş magistrantlar Akademiyaya aşağıdakı sənədləri təqdim etməlidirlər: 

  1. Şəxsiyyət vəsiqəsinin surəti (2 nüsxə);
  2. Diplom və diploma əlavənin əsli (cari il məzunları üçün bakalavr səviyyəsini bitirmə haqqında arayış);
  3. Çağırışçı şəhadətnaməsi və ya hərbi biletin əsli;
  4. Tibbi arayış (forma 086);
  5. 8 ədəd 3×4 ölçülü fotoşəkil;
  6. Yaşayış yerindən arayış.

 Sənədlərin qəbulu 04.08 – 15.08.2025-ci il tarixlərində saat 10:00-dan 15:00-dək Akademiyanın əsas korpusunda aparılacaqdır.

adda.edu.az