SİTODED-dən Beynəlxalq Sosial Sahibkarlıq layihəsi: İstedalı gənclər Bakıda birləşdi – FOTOLAR

2

Bakı, Azərbaycan – 23 iyul 2025 – Türkiyə Vətəndaş Cəmiyyəti Dəstək Dərnəyi (SİTODED), Avropa İttifaqı İşləri üzrə Rəyasət Heyətinin və Türkiyə Milli Agentliyinin dəstəyi ilə Erasmus + Gənclik İşçilərinin Hərəkətliliyi Layihəsi’ni Azərbaycanın paytaxtı Bakıda həyata keçirir.  Layihə yerli tərəfdaş olan “Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyinin ev sahibliyi ilə keçirilir və gənclik işçilərinin sosial sahibkarlıq sahəsində bilik və bacarıqlarını gücləndirməyi hədəfləyir.

SİTODED tərəfindən xüsusi olaraq hazırlanmış sosial sahibkarlıq tədris modulu layihənin əsasını təşkil edir. Bu innovativ modul, iştirakçı – gənclik işçilərinə sosial problemlərə davamlı və yaradıcı həllər tapmaq bacarıqlarını qazandırmağı məqsəd qoyur.

Layihə Macarıstan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, İordaniya, Azərbaycan və Türkiyədən olan ümumilikdə 25 nəfər gənclik işçisini bir araya gətirir. Bu beynəlxalq iştirak, müxtəlif mədəni baxış bucaqlarının və təcrübələrin paylaşılmasına imkan yaradaraq layihənin miqyasını və təsirini artırır.

Təlim kursunu uğurla başa vuran iştirakçılar əldə etdikləri bilik və təcrübəni öz ölkələrindəki gənclərə ötürərək sosial sahibkarlıq anlayışının yayılmasına töhfə verəcəklər. Beləliklə, layihənin təsiri təkcə Bakı ilə məhdudlaşmayacaq, iştirakçı ölkələrin gənc nəsillərinə də çatacaq və cəmiyyətin inkişafına mühüm töhfələr verəcək.

SİTODED nümayəndələri bildiriblər ki, bu layihə yalnız gənclik işçilərinin bacarıqlarını artırmaqla kifayətlənmir, eyni zamanda beynəlxalq əməkdaşlığın gücləndirilməsi və sosial sahibkarlıq ekosisteminin inkişafına töhfə verilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.