Çinin “China Merchants Heavy Industry” şirkəti mayeləşdirilmiş təbii qazın (LNG) daşınması üçün ən böyük tankeri inşa edib və sifarişçiyə təhvil verib.
218
Sinqapura yola düşən “Celsius Georgetown” gəmisinin uzunluğu 298,8 metr, eni 48 metrdir və 180 min kubmetr yanacaq daşımaq gücünə malikdir. Tanker iki yanacaq növü ilə işləyən aşağı dövriyyəli mühərrik sistemi ilə təchiz olunub.