AZCON Holding şirkətlərindən olan ASCO Çin Xalq Respublikasının Çendu şəhərində təşkil edilən 8-ci Çin Beynəlxalq Təchizat Zənciri və Logistika Sərgisində Azərbaycanın milli pavilyonunun iştirakçılarından biri kimi iştirak edir.
Sərgi çərçivəsində ASCO-nun nümayəndəsi iştirakçılara şirkətin tarixi, müasir donanması, göstərdiyi xidmətlər, o cümlədən daşımalar, eləcə də Xəzərdə və Xəzərdən kənar sularda fəaliyyət coğrafiyası barədə ətraflı məlumat təqdim edir.
Tədbirin əsas məqsədi qlobal təchizat zəncirlərinin dayanıqlılığının və fasiləsizliyinin təmin edilməsi, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, xüsusilə Orta Dəhliz üzrə əldə edilmiş nailiyyətlərin müzakirəsi və bu marşrutun rəqabətqabiliyyətliyinin artırılmasıdır.





