ADDA-da ABŞ-da təhsil imkanlarına dair təqdimat keçirilib

116

Azərbaycan Dövlət Dəniz Akademiyasında Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi nümayəndələrinin iştirakı ilə ABŞ-da təqaüdlü təhsil proqramlarına həsr olunmuş təqdimat keçirilib.

Tədbirdə Səfirliyin mədəniyyət məsələləri üzrə müşaviri Randy Cole və təhsil proqramları üzrə koordinatoru Xanım Teilova çıxış edərək ABŞ-da təhsil imkanları, qəbul qaydaları, mövcud təqaüd proqramları və müraciət prosedurları barədə iştirakçılara ətraflı məlumat veriblər.

Təqdimat tələbələr, doktorantlar və müəllimlər tərəfindən böyük maraqla qarşılanıb. Tədbir zamanı iştirakçılar ABŞ-da təhsil imkanları ilə bağlı onları maraqlandıran suallara cavab almaq imkanı əldə ediblər.

Tədbirdən sonra Akademiyanın rektoru vəzifəsini icra edən, Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektor Eldar Qocayev qonaqları qəbul edib. Görüş zamanı Akademiya tələbələrinin ABŞ-da təhsil proqramlarında iştirakı, gələcək əməkdaşlıq imkanları və beynəlxalq təhsil əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.

ADDA.