ADDA-da Elmi Şuranın növbəti iclası keçirilib

481

Azərbaycan Dövlət Dəniz Akademiyasında Elmi Şuranın növbəti iclası keçirilib.

ADDA-nın rektor əvəzi Eldar Qocayevin sədrliyi ilə keçirilən iclasda 2025/2026-cı tədris ili üzrə diplomqabağı təcrübənin gedişatı, tədris (üzmə) və istehsalat (üzmə) təcrübələrinə hazırlıqla bağlı hesabatlar müzakirə olunub. Müzakirələr zamanı ixtisaslar üzrə təcrübə jurnallarının STCW Konvensiyasının tələbləri və Beynəlxalq Dəniz Təşkilatının (IMO) model kurslarının tövsiyələrinə uyğunlaşdırılması, gəmiçilik şirkətləri ilə bağlanmış müqavilələrin yenilənməsi, eləcə də tələbələrin müvafiq dənizçi sənədləri ilə vaxtında təmin olunması istiqamətində müvafiq qərarlar qəbul edilib.

İclasda, həmçinin 2025/2026-cı tədris ilinin yaz semestri imtahan sessiyasına hazırlıq və tələbələrin asudə vaxtının səmərəli təşkili, sosial fəallığının artırılması məqsədilə dərnəklərin formalaşdırılması üçün İşçi Qrupun yaradılması məsələsi müzakirə olunub.

Sonda Elmi Şuranın nəzdində fəaliyyət göstərən komissiyaların işinin optimallaşdırılması məqsədilə Təhsil və Elm Komissiyasının tərkibində dəyişiklik edilib. Qərara əsasən, komissiyaya sədrliyin Elmi Şura sədrinin müavini, Tədrisin təşkili və idarəedilməsi üzrə prorektor İradə Süleymanovaya həvalə olunub.

ADDA.