Dünyada 7-ci, Bölgədə isə bir ilkə imza

267

Zirə Dəniz Sənaye Kompleksi tərəfindən inşa edilmiş “STS-45” (Ship-to-Shore) sahil kranının ötən ilin sonunda istismara tam hazırlanaraq açılışı edilmişdir.

STS-45 (Ship-to-Shore) kranları dünyada cəmi 6 dövlət tərəfindən istehsal edilir. Azərbaycan bu siyahidə 7-ci yerə imza atmışdır. Kran dünya standartlarına cavab verməklə yanaşı tamamilə Azərbaycan istehsalıdır. Belə ki, kranın inşası Zirə Dəniz Limanının istehsal sahəsində yerli ixtisaslı kadrların gücü hesabına layihələndirilmiş və həyata keçirilmişdir. Elektrik və avtomatika sistemlərində tədbiq olunan qabaqcıl texnologiyalar sayəsində kranın enerji səmərəliliyi artırılmış, əməliyyat təhlükəsizliyi ən yüksək səviyyədə qorunmuşdur. Bununla yanaşı, avtomatika sistemlərinin məhsulları Almaniyanın “Schneider Electric” elektrik şirkəti tərəfindən təchiz edilmişdir.

STS-4 kranı mövcud kranlardan daha sürətli və dayanıqlıdır:

• İşləmə gücü 30-40 konteyner/saat;

• Sahil boyu hərəkəti 20 m/dəq.;

* Yük qaldırma sürəti 18 m/dəq;

* Yük arabasının hərəkət sürəti 25,2 metr/dəq.;

* Yükqaldırma hündürlüyü 18 m;

* Eniş dərinliyi 6 m;

* Əməliyyat dövrü (cyle time) 2.5 dəq/sikl

Sahil boyunca hərəkət 8 ədəd 11 kW asinxron mühərriklər üzərindədir.

Yükqaldırma sistemi 4 barabanlı 2 ədəd 90 kW asinxron mühərriklər tərəfindən çalışır.

Yolun uzunluğundan asılı olaraq 300 metr məsafədə işləyə bilmə qabiliyyətinə malikdir.

Kranda istifadə olunan bütün elektronik avadanlıqlar və proqramlama sistemi dünya standartlarına cavab verir və gələcəkdə yeni liman infrastruklarına inteqrasiyası üçün böyük imkanlar yaradır.

Kran Xəzər regionunda logistikanın inkişafına yeni nəfəs verməklə Azərbaycanın adını dünya sənaye xəritəsində daha da yüksəldəcəkdir.

Qeyd edək ki, Zirə Limanı eyni zamanda güclü nəqliyyat-loqistika infrastrukturuna malikdir. Liman tərəfindən gösətrilən xidmətlərin operativ təşkili məqsədilə özəl dəmir yol xətti limana inteqrasiya olunmuşdur.