İstirahət və reabilitasiya məqsədilə Azərbaycana gətirilmiş Ukrayna müdafiəçilərinin uşaqlarından ibarət yeni qrup ASCO-nun “Suraxanı” gəmi-muzeyini ziyarət edib.
Ekspozisiya zalları ilə tanış olan uşaqlara muzeyin yaranma tarixi, burada nümayiş olunan eksponatlar, o cümlədən müxtəlif sənəd və fotoşəkillər barədə ətraflı məlumat verilib.
Qonaqlar muzeyin zallarında yerləşən artırılmış reallıq sistemləri, interaktiv oyunlar və digər multimedia avadanlıqlarını maraqla qarşılayıblar.
Azərbaycan və dünya gəmiçiliyinə aid nadir eksponatlarla zəngin “Suraxanı” gəmi-muzeyini ziyarət etmək ukraynalı uşaqların hər birində xoş təəssürat yaradıb.











