Bakı Gəmiqayırma Zavoduna yeni beynəlxalq sifariş

115

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafı məqsədilə “Qazaxıstan Dəmir Yolları” (QDY) şirkətinin törəmə müəssisəsi Bakı Gəmiqayırma Zavodunda yeni gəmi sifarişləri verib.

Belə ki, “QDY Express Shipping” şirkəti ümumilikdə altı ədəd universal quru yükdaşıyan konteyner gəmisinin tikintisinə dair müqavilələr bağlayıb.

Müqavilələrə əsasən, dörd gəmi “Jiangsu Haizhongzhou Shipping Industry Co., Ltd.” şirkətində, iki gəmi isə Bakı Gəmiqayırma Zavodunda inşa olunacaq.

Layihə Qazaxıstanın Trans-Xəzər marşrutu üzrə mövqelərinin möhkəmləndirilməsi və marşrutun dayanıqlı dəniz komponentinin formalaşdırılması məqsədi daşıyır.

“Çay–dəniz” sinfinə aid olacaq gəmilərin dedveyti 9900 tona qədər, konteyner tutumu isə 537 TEU-yə qədər nəzərdə tutulur.