ABŞ-dan sərt addım: 44 İran əlaqəli gəmi saxlanıldı

106

ABŞ Hərbi Dəniz Qüvvələri dəniz blokadasının başlanğıcından etibarən İran limanlarından yola düşən və ya İrana istiqamətlənən 44 ticarət gəmisini saxlayıb.

“Bu günədək 44 kommersiya gəmisinə geri dönmək və ya limana qayıtmaq əmri verilib”.

Daha əvvəl CENTCOM-un rəhbəri, admiral Bred Kuper qeyd edib ki, blokadanın başlanğıcından bəri ABŞ Hərbi Dəniz Qüvvələri ümumilikdə 69 milyon barel neft daşıyan 41 tankeri ələ keçirib.

Onun sözlərinə görə, “hazırda İran rejimi 41 tanker vasitəsilə daşınan 69 milyon barel nefti sata bilmir. Bu isə 6 milyard dollardan çox vəsaitin istifadə olunmadan qalması deməkdir”.

Admiral blokadanın effektiv olduğunu vurğulayaraq ABŞ qüvvələrinin onun tam icrasını təmin etməkdə qətiyyətli olduğunu bildirib.