Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatasına bu gün Mingəçevirdə yekun vurulacaq.
Yarışların sonuncu günündə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində son mükafatçılar müəyyən ediləcək.
Ötən gün Azərbaycan təmsilçiləri bir sıra uğurlu nəticələr əldə ediblər:
- Azər İlyasov akademik avarçəkmədə birnəfərlik qayıqla 1500 metr (2008–2009 təvəllüdlü idmançılar) məsafəyə yürüşdə qızıl medal qazanıb
- Əlimurad Hacızadə birnəfərlik kayakda 500 metr məsafəyə yürüşdə gümüş medal əldə edib
- Mustafa Vəlizadə – Elmir Tarverdiyev cütlüyü ikinəfərlik kayakda 500 metr (2010–2011 təvəllüdlü idmançılar) məsafəyə yürüşdə bürünc medal qazanıb
- Niyaz Malikov – İvan Vorobyanski cütlüyü isə 2 nəfərlik kayakda 1000 metr (2008–2009 təvəllüdlü idmançılar) məsafəyə yürüşdə bürünc medal əldə edib
Daha əvvəl Əlimurad Hacızadə birnəfərlik kayakda 200 metr məsafəyə yürüşdə gümüş medal qazanmışdı.
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, 15 ölkədən 100-dən çox idmançı iştirak edir.





