Xəzər dənizində zəlzələ qeydə alınıb.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Məlumata görə, yeraltı təkan yerli vaxtla saat 09:50-də baş verib. Zəlzələnin maqnitudası 3 olub, ocağı isə 27 kilometr dərinlikdə yerləşib.





