Gəmidə ölümcül xəstəlik yayıldı

92

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) laboratoriyada hantavirus infeksiyası ilə bağlı bir hadisənin təsdiqləndiyini açıqlayıb.

AFP-nin yaydığı məlumata əsasən, yoluxma hadisəsi Atlantik okeanında, Argentinadan Kabo-Verdeyə doğru hərəkət edən bir gəmidə qeydə alınıb. Ümumilikdə 6 nəfərin yoluxduğu bildirilir, onlardan 3-ü həyatını itirib.

Hazırda 1 xəstə Cənubi Afrikada xəstəxananın reanimasiya şöbəsində müalicə alır. Həmin şəxs 69 yaşlı Britaniya vətəndaşıdır.

Hantavirusun gəmiricilər vasitəsilə insanlara keçə bilən ciddi infeksiya olduğu və xüsusilə dəniz və qapalı mühitlərdə yoluxma riskinin artdığı qeyd olunur.