Cənubi Koreya gəmisində partlayış

69

Hörmüz boğazında Cənubi Koreya şirkətinə məxsus “HMM Namu” yük gəmisində baş verən partlayış və ardınca yaranan yanğın nəticəsində 24 nəfərlik heyət üzvünün heç biri xəsarət almayıb.

Cənubi Koreyanın Xarici İşlər Nazirliyinin açıqlamasına görə, heyətin 6 nəfəri Cənubi Koreya vətəndaşı, qalan üzvlər isə müxtəlif ölkələrin vətəndaşlarıdır.

Gəmidə baş verən yanğın tamamilə söndürülüb. Hazırda hadisə nəticəsində dəyən ziyanın qiymətləndirilməsi aparılır və gəminin təmir məqsədilə yaxın limanlardan birinə yedəklənməsi planlaşdırılır. Hadisənin dəqiq səbəbi isə araşdırmalardan sonra müəyyən ediləcək.

Mayın 4-də axşam saatlarında gəminin mühərrik hissəsində partlayış qeydə alınıb. Cənubi Koreya Dənizçilik Nazirliyi hadisəni hücum ehtimalı ilə araşdırır. ABŞ Prezidenti Donald Tramp da məsələ ilə bağlı açıqlamasında bölgədə bir sıra ölkələrə qarşı oxşar hücumların baş verdiyini iddia edib.