“Bayesian” faciəsinin səbəbi açıqlanıb

89

2024-cü ilin ən çox rezonans doğuran dəniz qəzalarından biri olan “Bayesian” superyaxtasının batması ilə bağlı İtaliya prokurorluğunun sifarişi əsasında hazırlanan ekspert hesabatı ictimaiyyətə təqdim edilib.

Hesabatda yaxtanın batmasının əsas səbəbi kimi hava şəraiti deyil, heyətin idarəetmə səhvləri, hava proqnozunun düzgün qiymətləndirilməməsi və təhlükəsizlik sistemlərinin vaxtında işə salınmaması göstərilir. Prokurorluq qeyd edir ki, hadisə zamanı müşahidə edilən fırtına tam idarəolunmaz xarakter daşımayıb və düzgün manevrlərlə qəzanın qarşısını almaq mümkün idi.

Böyük Britaniyanın Dəniz Qəzalarının Araşdırılması Şöbəsi (MAIB) fərqli nəticəyə gəlib. Britaniyalı mütəxəssislərin rəyinə əsasən, yaxtanın texniki xüsusiyyətləri və dor ağacının konstruksiyası saatda 63 knotdan yüksək külək sürətində gəminin aşma riskini əhəmiyyətli dərəcədə artırıb. Hesabatda bu riskin əvvəlcədən təqdim edilən sabitlik sənədlərində əks olunmadığı bildirilir.

Qəza nəticəsində texnologiya sahəsində tanınmış milyarder Mayk Linç də daxil olmaqla 7 nəfər həyatını itirib. Hadisə ilə bağlı kapitan və iki ekipaj üzvü ehtiyatsızlıqdan adam öldürmə ittihamı ilə istintaqa cəlb olunublar.

Seanews.az