Yük gəmisinin Egey dənizində batdığı bildirilir

92

Egey dənizindəki Andre adası yaxınlığında qayalıqlara çırpılan yük gəmisi batıb.

8 türk və bir azərbaycanlıdan ibarət heyətin hamısı Yunanıstan Sahil Mühafizəsi tərəfindən xilas edilib. Heyət üzvlərinin Andre adasına aparıldığı bildirilir.

Yunanıstan Dövlət Televiziyasının (ERT) verdiyi xəbərə görə, gəmi Albaniyadan Ukraynaya 8000 ton soda yükü aparırmış. 

Seanews.az