Boğazda gərginlik yeni mərhələdə

88

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) mayın 7-də Hörmüz boğazından Oman körfəzinə keçid edən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus esmineslərin İran qüvvələrinin hücumuna məruz qaldığını açıqlayıb.

Qurumun yaydığı məlumata görə, “USS Truxtun” (DDG 103), “USS Rafael Peralta” (DDG 115) və “USS Mason” (DDG 87) idarə olunan raket esminesləri beynəlxalq dəniz marşrutu üzrə hərəkət edərkən İran qüvvələri tərəfindən raketlər, pilotsuz uçuş aparatları və kiçik sürətli qayıqlarla hücum həyata keçirilib.

CENTCOM bildirib ki, ABŞ qüvvələri özünümüdafiə məqsədilə cavab tədbirləri görərək bütün təhdidləri zərərsizləşdirib. Açıqlamaya əsasən, hücum nəticəsində ABŞ-yə məxsus heç bir hərbi obyekt zərər görməyib.

“ABŞ Mərkəzi Komandanlığı daxil olan təhdidləri aradan qaldırıb və hücum edən İran hərbi obyektlərini hədəf alıb. CENTCOM eskalasiya axtarmır, lakin mövqelərini möhkəmləndirir və Amerika qüvvələrini qorumağa hazırdır”, – deyə məlumatda vurğulanıb.