Yeni gəmi ilk səfərində

112

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə “Balkan” gəmiqayırma və gəmi təmiri zavodunda yeni “Gadamly” yük gəmisinin ilk reysə yola salınması münasibətilə təntənəli mərasim keçirilib. Bu barədə cümə günü “Neytral Türkmənistan” qəzeti məlumat yayıb.

Ötən ilin sonunda inşa edilərək suya endirilən gəmi sazlama və sınaq işləri başa çatdıqdan sonra Xəzər akvatoriyasında ilk səfərinə çıxıb. Gəminin ilk təyinat məntəqəsi Azərbaycan Respublikasının Bakı limanı olub 🇦🇿.

“Gadamly” quru yük gəmisi beynəlxalq standartlara cavab verir və 6100 tona qədər yük daşımaq imkanına malikdir. Gəmi müasir naviqasiya sistemləri və yüksək texnologiyalı avadanlıqlarla təchiz olunub. Onun heyəti 14 ixtisaslı mütəxəssisdən ibarətdir.

Yeni yük gəmisinin ilk reysi ölkənin milli dəniz ticarət donanmasının inkişafı üzrə dövlət strategiyasının həyata keçirilməsində növbəti addım olub. Son illərdə Türkmənistan donanması yeni tanker, bərə və digər müasir gəmilərlə zənginləşdirilir.