Fransanın aviadaşıyıcısı Ərəb dənizində

93

Fransanın “Şarl de Qoll” təyyarədaşıyan gəmisi Ərəb dənizinə çatıb. Gəmi Süveyş kanalını keçərək bölgəyə daxil olub.

Bu barədə Fransanın silahlı qüvvələr üzrə naziri Alis Rufo məlumat verib.

Nazirin sözlərinə görə, Fransanın flaqman gəmisinin regionda mövcudluğu rəsmi Parisə regional vəziyyətin inkişafını yaxından izləmək və diplomatik təsir imkanlarını artırmaq imkanı yaradır.

Qeyd olunub ki, “Şarl de Qoll” təyyarədaşıyan gəmisinin bölgəyə göndərilməsi barədə qərar mayın 6-da Fransa Prezidenti Emmanuel Makron tərəfindən elan edilib. Missiya Fransa və Böyük Britaniyanın birgə təhlükəsizlik təşəbbüsü çərçivəsində həyata keçirilir və məqsəd Hörmüz boğazı ətrafında dəniz nəqliyyatının təhlükəsizliyinin təmin olunmasıdır.