Yükdaşımada yeni statistika

90

Bu ilin I rübündə Azərbaycanın nəqliyyat dəhlizləri üzrə yükdaşımaların həcmi açıqlanıb.

Məlumata əsasən, dəmir yolu nəqliyyatı ilə 3 milyon 407 min ton, dəniz nəqliyyatı ilə 1 milyon 391,8 min ton, avtomobil nəqliyyatı ilə isə 2 milyon 705,2 min ton yük daşınıb.

Yük həcmi Şərq-Qərb nəqliyyat dəhlizində 3 milyon 863,3 min ton təşkil edib. Bu göstərici Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində 1 milyon 853,9 min ton, Şimal-Cənub nəqliyyat dəhlizində 2 milyon 265,2 min ton, Şimal-Qərb nəqliyyat dəhlizində 1 milyon 265,6 min ton, Cənub-Qərb nəqliyyat dəhlizində isə 109,9 min ton olub.

Dəmir yolu nəqliyyatı ilə daşınan yüklərin 44,3 faizi, avtomobil nəqliyyatı ilə daşınan yüklərin 48,8 faizi, dəniz nəqliyyatı ilə daşınan yüklərin isə 89,4 faizi tranzit yüklər təşkil edib.