Hörmüzdə 75 gəmi saxlanıldı

97

İndiyədək ABŞ Silahlı Qüvvələri Hörmüz boğazında İran limanlarının dəniz blokadası çərçivəsində 75 ticarət gəmisini yönləndirib, 4 gəmini isə sıradan çıxarıb.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.

Eyni zamanda bildirilib ki, “MH-60R Sea Hawk” helikopteri Ərəb dənizi üzərində hava nəzarəti həyata keçirir.

Məlumatda qeyd olunur ki, ABŞ qüvvələri İrana qarşı dəniz blokadasına riayət olunmasını təmin etdiyi bir vaxtda “MH-60R Sea Hawk” helikopteri Ərəb dənizində yerləşən “USS Rafael Peralta (DDG-115)” esminesinin göyərtəsindən havaya qalxaraq patrul uçuşu həyata keçirib.