Biz dənizçi xanımlarla daha güclüyük!

216

Azərbaycan gəmiçilik tarixində xanımlarımız hər zaman peşəkarlığı, əzmkarlığı və məsuliyyəti ilə xüsusi seçiliblər.

Beynəlxalq Dəniz Təşkilatının gender bərabərliyi prinsiplərini fəaliyyətində rəhbər tutan ASCO-da da son illərdə zərif cinsin nümayəndələrinin sayı artmaqdadır. Onlar dəniz nəqliyyatının müxtəlif sahələrində uğurla çalışaraq, milli gəmiçiliyimizin inkişafına böyük töhfələr verirlər.

Beynəlxalq Dənizçi Qadınlar Günündə bütün dənizçi xanımlara təşəkkürümüzü bildirir, hər birini xüsusi gün münasibətilə təbrik edirik!

#ASCO