Bu gün Havana limanına Meksika və Uruqvaydan növbəti humanitar yardım partiyası çatıb.
Bu barədə Kubanın “Cubadebate” portalı məlumat yayıb.
Limanda gəmini Kubanın Baş nazirinin müavini Oskar Peres Oliva Fraqa, qida sənayesi və daxili ticarət nazirləri, həmçinin Meksika və Uruqvayın Havanadakı səfirləri qarşılayıblar.
Humanitar yardıma ərzaq məhsulları və gigiyena vasitələri daxildir. Bildirilib ki, yardımlar ilk növbədə uşaqlara, yaşlılara və həssas əhali qruplarına yönəldiləcək.
Kuba rəsmiləri ölkənin ABŞ tərəfindən tətbiq olunan ticarət-iqtisadi və maliyyə məhdudiyyətləri səbəbindən ciddi çətinliklərlə üzləşdiyini qeyd ediblər.
Meksika səfiri bildirib ki, bu il ərzində Kubaya göndərilən yardım partiyalarının sayı artıq səkkizincidir və bu dəfə Uruqvay da təşəbbüsə qoşulub.
Məlumata görə, ABŞ-nin yanacaq tədarükünə dair yeni məhdudiyyətləri ölkədə vəziyyəti daha da ağırlaşdırıb.





