Tələbələr arasında futbol çempionatının final oyunu keçirilib

316

16 may 2026-cı il tarixində AzFar Koroğlu Futbol Arenasında Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri arasında keçirilən futbol çempionatının final oyunu baş tutub.Final görüşündən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Həlledici qarşılaşmada 053A2 və 054İ komandaları üz-üzə gəlib. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunda tələbələr yüksək idman ruhu, komanda həmrəyliyi və qələbə əzmi nümayiş etdiriblər.

Çempionatın keçirilməsində əsas məqsəd tələbələr arasında sağlam həyat tərzinin təşviqi, idmana marağın artırılması və komanda əməkdaşlığının inkişaf etdirilməsi olub.

Görüş 053A2 komandasının 8:4 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunun sonunda iştirakçılara medallar, qalib komandaya isə kubok təqdim olunub.

Tədbir Azərbaycan Dövlət Dəniz Akademiyasının himninin səsləndirilməsi ilə başa çatıb.

#ADDA