Sinqapur boğazında iki yük gəmisi toqquşub

107

Sinqapur boğazında iki “Capesize” tipli balker toqquşub.

Hadisə lövbər dayanacağından çıxan “Cape XL” gəmisi ilə marşrut üzrə hərəkət edən “Huge Kumano” arasında baş verib.

Məlumata görə, “Cape XL” bunkerləmə məqsədilə Çangi körfəzi yaxınlığında lövbər saldıqdan sonra hərəkətə başlayıb və şərq istiqamətində irəliləyərkən digər gəmi ilə toqquşub. Zərbə nəticəsində gəmilər bir müddət bir-birinə ilişərək axınla hərəkət edib.

Daha sonra gəmilər ayrılaraq yaxınlıqda lövbər salıblar. “Huge Kumano” yedək gəmiləri tərəfindən müşayiət olunub.

Hadisə zamanı xəsarət alan olmayıb və ətraf mühitə zərərin dəyməsi barədə məlumat verilməyib.

Seanews.az