Dəniz ticarətində yeni mexanizm siqnalı

156

Qətər Hörmüz boğazında gəmiçilik üçün daimi rüsumların tətbiqinə qarşı çıxsa da, müvəqqəti və məqsədli yığımların müzakirəsinə açıq olduğunu bildirib.

Bu barədə Qətərin Baş nazirinin müavini və müdafiə işləri üzrə naziri Şeyx Səud bin Əbdürrəhman Al Tani Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” təhlükəsizlik forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, daimi rüsumlar faktiki olaraq istehlakçılar üçün əlavə yük yaradır və bu səbəbdən Fars körfəzi ölkələri belə yanaşmanı dəstəkləmir. Lakin naviqasiyanın təhlükəsizliyi, mina təmizlənməsi və digər kritik tədbirlər üçün müvəqqəti maliyyə mexanizmləri mümkün müzakirə mövzusu ola bilər.

Qeyd edilib ki, Hörmüz boğazı kimi strateji dəniz keçidlərində təhlükəsizlik məsələləri region ölkələri üçün prioritet olaraq qalır və bu istiqamətdə koordinasiyalı yanaşmaya ehtiyac var.