Təbəssüm yaradan sosial layihə

64

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Gədəbəy rayonunun Şınıx kənd məktəbində tədbir təşkil olunub.

Tədbir Gədəbəy rayonunun Çay Rəsullu, Göyəlli və Şınıx kənd məktəblərinin 1–4-cü siniflərində təhsil alan 70-ə yaxın şagirdin iştirakı ilə keçirilib.

Layihə çərçivəsində uşaqlar üçün müxtəlif interaktiv oyunlar, peşəkar animatorların iştirakı ilə əyləncəli proqramlar və yaradıcı boyama master-klassları təşkil edilib. Məqsəd uşaqların asudə vaxtını səmərəli və maraqlı şəkildə keçirməsinə, onların sosial və yaradıcı bacarıqlarının inkişafına dəstək vermək olub.

Tədbirin sonunda ASCO nümayəndələri şagirdlərə dənizçilər adından hədiyyələr təqdim edərək onları bayram münasibətilə təbrik ediblər.

Güvən Xeyriyyə İctimai Birliyinin dəstəyi ilə həyata keçirilən bu təşəbbüs ucqar dağ kəndlərində yaşayan uşaqların sosial-mədəni inkişafına töhfə verməyi hədəfləyir.

#AZCON #ASCO #dənizçilər