Dənizdə yeni qarşıdurma xəbəri

71

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ABŞ və İsrailə məxsus olduğu iddia edilən “MSC Sariska” adlı gəminin qanadlı raketlə vurulduğunu açıqlayıb.

Bu barədə İranın Dövlət Teleradio Şirkətinə istinadən məlumat yayılıb.

SEPAH-ın bəyanatında qeyd olunub ki, Oman körfəzi bölgəsində ABŞ qüvvələrinin İrana məxsus “Lian Star” yük gəmisinə qarşı həyata keçirdiyi hücumdan sonra cavab əməliyyatı aparılıb:

“ABŞ ordusunun Oman körfəzi bölgəsində İrana məxsus ‘Lian Star’ gəmisinə qarşı təcavüzkar hücumunun ardınca İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri cavab əməliyyatı çərçivəsində düşmən ABŞ–İsrailə məxsus ‘MSC Sariska’ gəmisinə qanadlı raketlə zərbə endirib”.

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bundan əvvəl Oman körfəzi istiqamətində hərəkət edən “Lian Star” adlı yük gəmisinə “Hellfire” raketi ilə zərbə endirildiyini açıqlamışdı. ABŞ tərəfi həmin gəminin İran limanına doğru hərəkət etdiyini bildirmişdi.