Çempionata vəsiqə

59

İyunun 11–14-də Portuqaliyanın Montemor-u-Velyu şəhərində kayak və kanoe üzrə Avropa çempionatı keçiriləcək.

Denizxeber.az bildirir ki, qitənin ən güclü idmançılarının mübarizə aparacağı yarışda Azərbaycanı kanoe növündə milli komandanın üzvü Tatyana Smilovenko təmsil edəcək.

Qeyd edək ki, Smilovenko ötən il Rumıniyanın Piteşti şəhərində keçirilən gənclər və 23 yaşadək avarçəkənlər arasında Avropa çempionatında bürünc medal qazanıb.