Tayvan Sahil Mühafizəsi Çin gəmilərinin hərəkətləri fonunda adanın şərq istiqamətinə əlavə qüvvələr göndərib.
Denizxeber.az bildirir ki, Tayvan tərəfi Çinə məxsus dörd gəminin Syamen şəhərindən çıxaraq adanın cənub-qərbində müəyyən edilmiş sərhədləri keçdiyini bildirib.
Bunun beynəlxalq hüququn pozulması kimi qiymətləndirildiyi qeyd olunub. Hadisəyə cavab olaraq vəziyyətin izlənməsi və nəzarətdə saxlanılması üçün Tayvan Sahil Mühafizəsinin beşdən çox gəmisinin bölgəyə cəlb edildiyi açıqlanıb.
Məlumata əsasən, Tayvan tərəfi hazırda regionda vəziyyətin inkişafını izləməyə davam edir.





