Altı gəmiyə məhdudiyyət tətbiq edildi

71

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranın enerji sektoruna qarşı sanksiyaları genişləndirərək İranla əlaqəli daha altı LPG (mayeləşdirilmiş neft qazı) daşıyıcısını “qara siyahı”ya daxil edib.

Denizxeber.az bildirir ki, “MD 23”, “Glendale”, “Amir Gas”, “Gas Lagoon”, “Mile” və “Gaz GMS” gəmiləri sanksiyaya məruz qalıb. ABŞ tərəfinin məlumatına görə, bu gəmilər son illərdə İran mənşəli LPG yüklərinin daşınmasında iştirak edib.

Vaşinqton həmçinin İranın sanksiyalardan yayınaraq enerji ixracını davam etdirməsinə kömək etdiyi iddia olunan, BƏƏ-də qeydiyyatdan keçmiş bir neçə ticarət şirkətinə və onların rəhbərlərinə də məhdudiyyətlər tətbiq edib. Bildirilir ki, bəzi hallarda İran LPG-si sanksiyalardan yayınmaq məqsədilə “Oman mənşəli” yük kimi təqdim olunub.

ABŞ Maliyyə Naziri Skott Bessent bildirib ki, “İqtisadi Qəzəb” (Economic Fury) əməliyyatı çərçivəsində İranın kölgə donanması, qeyri-rəsmi maliyyə şəbəkələri və qlobal ticarətə çıxış imkanları hədəf alınmağa davam edəcək.