“BP Azərbaycan” əməkdaşları təlimdə

82

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzində neft-qaz sənayesində çalışan mütəxəssislər üçün növbəti beynəlxalq standartlara uyğun təlim proqramı uğurla həyata keçirilib.

Denizxeber.az bildirir ki, təlimin əsas məqsədi iştirakçıların dəniz əməliyyatları zamanı təhlükəsizlik bilik və bacarıqlarının artırılması olub.

Proqramda “BP Azərbaycan” şirkətinin Ətraf mühit üzrə şöbə rəisi Anar Nağıyev və Dəniz platformasının meneceri Bəhmən Quliyev iştirak ediblər.

Sonda təlim iştirakçılarına SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov tərəfindən OPITO-nun beynəlxalq sertifikatları təqdim edilib.