Tələbə təşkilatında yeni rəhbər

58

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) Tələbə Gənclər Təşkilatının (TGT) sədrliyinə elan olunan seçkilər uğurla başa çatıb.


Denizxeber.az bildirir ki, seçki prosesi tələbələrin geniş iştirakı ilə şəffaf və demokratik prinsiplər əsasında təşkil olunub. Səsvermə 9 iyun 2026-cı il tarixində xüsusi onlayn platforma üzərindən həyata keçirilib.
ATGTİ tərəfindən açıqlanan rəsmi nəticələrə əsasən, namizədlər arasında ən çox səs toplayan Hüseyn Camallı ADDA TGT-nin yeni sədri seçilib.


Qeyd edək ki, seçkilərdən əvvəl namizədlər müsahibə mərhələsindən keçərək öz fəaliyyət proqramlarını təqdim etmiş, tələbə həyatının inkişafı, gənclərin ictimai fəallığının artırılması və yeni layihələrin həyata keçirilməsi ilə bağlı baxışlarını bölüşmüşdülər.


Azərbaycan Dövlət Dəniz Akademiyasının kollektivi Hüseyn Camallını yeni vəzifəsi münasibətilə təbrik edir, ona tələbələrin maraqlarının qorunması, gənclər siyasətinin inkişafı və Akademiyanın ictimai həyatının daha da canlandırılması istiqamətində fəaliyyətində uğurlar arzulayır.