Azərbaycan Su İdman Növləri Federasiyasının (ASİNF) təşkilatçılığı ilə iyunun 29-dan etibarən avarçəkmə və yelkən idmanı üzrə yay məktəbi fəaliyyətə başlayacaq.
Denizxeber.az bildirir ki, təlimlər 7–10 yaş arası uşaqları əhatə edəcək və peşəkar məşqçilərin iştirakı ilə həyata keçiriləcək.
Proqram çərçivəsində iştirakçılar su idmanı üçün xüsusi geyimlərlə təmin olunacaq, həmçinin onlara şəhərdaxili nəqliyyat və qidalanma xidməti göstəriləcək.
Yay məktəbinin əsas məqsədi uşaqlarda avarçəkmə və yelkən idmanına marağın artırılması, aktiv həyat tərzinin təşviqi və komanda ruhunun inkişaf etdirilməsidir.
Təşəbbüs eyni zamanda gənc yaşdan etibarən su idman növlərinə cəlb etməklə gələcək idmançıların hazırlanmasına dəstək kimi qiymətləndirilir.





