İyunun 11-də Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında keçiriləcək avarçəkmə yarışı öncəsi hazırlıq təlimləri baş tutub.
Denizxeber.az bildirir ki, təlimlər zamanı iştirakçılara kanoe və kayak növləri üzrə əsas texniki bacarıqlar, təhlükəsizlik qaydaları və yarış qaydaları barədə praktiki və nəzəri məlumatlar verilib.
Məşqlərin məqsədi yarış öncəsi komandaların hazırlıq səviyyəsinin artırılması, su idman növlərinə marağın təşviqi və dövlət qurumları arasında sağlam rəqabət mühitinin formalaşdırılmasıdır.
Yarışın yaxın günlərdə Mingəçevir su hövzəsində keçirilməsi planlaşdırılır.













