Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə iyunun 11-də dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı təşkil olunacaq.
Denizxeber.az bildirir ki, yarış Dənizkənarı Bulvarda, “Bakı” Kanoe və Avarçəkmə Klubu ərazisində baş tutacaq. Turnirdə Gənclər və İdman Nazirliyi, TƏBİB, “Azərişıq” ASC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Reklam Agentliyi, SOCAR, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları iştirak edəcəklər.
Mübarizə 1 və 2 nəfərlik kayak qayığında 200 metr məsafədə aparılacaq və ən güclü iştirakçılar müəyyən ediləcək.
Yarışın məqsədi dövlət qurumları arasında sağlam rəqabət mühitinin yaradılması, komanda ruhunun gücləndirilməsi və su idman növlərinə marağın artırılmasıdır.





