Gəmiçilikdə gender sərhədləri aradan qalxır

110

ASCO-nun “Culfa” gəmisinin heyət üzvü Röya Ələkbərlinin hekayəsi bu suala ən real cavablardan birini verir.

Denizxeber.az bildirir ki, Azərbaycan Dövlət Dəniz Akademiyasının məzunu olan Röya Ələkbərli peşəkar fəaliyyətinə motorçu kimi başlayıb. O, ötən ay mexanik sertifikatı üçün imtahanı uğurla verərək IV mexanik vəzifəsinə yüksəlib.

Qeyd edək ki, Röya Ələkbərli Azərbaycanda bu sertifikata sahib olan və mexanik kimi çalışan ikinci xanım dənizçidir.

Peşəkar inkişaf yolunu mərhələ-mərhələ quran dənizçi videomüsahibədə gəmiçiliyi seçməsindən, keçdiyi çətin və eyni zamanda motivasiyaedici yoldan, eləcə də gələcək hədəflərindən bəhs edir.

Onun hekayəsi qadınların dənizçilik və gəmiçilik sahəsində də uğurla fəaliyyət göstərə biləcəyini bir daha nümayiş etdirir.