Dəniz naviqasiyasında yeni mərhələ: Azərbaycan mühüm beynəlxalq sessiyaya qatıldı

121

Dövlət Dəniz və Liman Agentliyinin nümayəndəsi, Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin direktoru, uzaq səfərlər kapitanı Məzahir Niftiyev Paris şəhərində Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilatın (IALA) Şurasının 4-cü sessiyasında ölkəmizi təmsil edib.

Denizxeber.az bildirir ki, sessiyada beynəlxalq dəniz naviqasiyası, dəniz üzgüçülüyünün təhlükəsizliyi, naviqasiya avadanlıqlarının inkişafı, müvafiq sahə üzrə rəqəmsal texnologiyaların tətbiqi, “IALA”nın fəaliyyət istiqamətləri, habelə üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.