Liviya sahillərində dəhşətli mənzərə

55

Liviyanın şərqində yerləşən Tobruq şəhəri sahillərində 15 miqrantın çürüməkdə olan cəsədi aşkarlanıb. Faciəli şəkildə həyatını itirənlər arasında bir yeniyetmə qızın da olduğu bildirilir və cəsədlərin sayının artacağı istisna edilmir.

Denizxeber.az bildirir ki, hadisə zamanı xilas edilməsi mümkün olan 10 miqrantın verdiyi məlumata görə, batan qayıqda ümumilikdə 60-dan çox insan olub.

Son dövrlərdə Liviya, Afrikanın müxtəlif ölkələrindən gələrək Avropaya daha yaxşı həyat sorağı ilə can atan miqrantlar üçün əsas tranzit marşrutlarından birinə çevrilib. Hər il minlərlə insan bu qeyri-qanuni və təhlükəli dəniz səfərinə çıxaraq Aralıq dənizi vasitəsilə Avropa sahillərinə çatmağa çalışarkən həyatını riskə atır.