Neft daşıyan nəhəng gəmi zədə aldı

77

Hörmüz boğazında naməlum mərminin düşməsi nəticəsində neft tankeri zədələnib.

Denizxeber.az bildirir ki, bu barədə Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi məlumat yayıb. Qurum ekipaj üzvlərinin vəziyyətinin yaxşı olduğunu bildirib. Hər hansı ekoloji fəsad barədə məlumat verilməyib.

ABŞ və İran qarşılıqlı şəkildə bir-birinin hədəflərinə hava zərbələri endirdiklərini bildiriblər. Bu, tərəflər arasında əldə olunan razılaşmadan sonra baş verən ilk belə insidentdir.