Ələt AİZ-də güzəştli rejim tətbiq edilir!

81

Milli Məclisin bu gün keçirilən iclasında “Gömrük tarifi haqqında” qanuna edilən dəyişiklik layihəsi birinci oxunuşda qəbul olunub.

Denizxeber.az bildirir ki, yeni dəyişikliyə əsasən, Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərən şirkətlərin istehsal və ya emal etdiyi mallar müəyyən şərtlərlə gömrük rüsumundan azad ediləcək.

Bunun üçün əsas şərt odur ki, istehsal edilən malların azı 50 faizi ölkədən kənara ixrac olunmalıdır. Bu şərt yerinə yetirildikdə, həmin malların azad zonadan ölkə daxilinə (əsas iqtisadiyyata) gətirilməsi şirkətin qurulduğu tarixdən etibarən 15 il müddətinə gömrük rüsumundan azad olacaq.

Qanun tam qəbul edilərsə, 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.