Gəmi saya oturdu, xilasetmə əməliyyatı başlayıb

70

Hörmüz boğazında ticarət gəmisi saya oturub və hərəkətini davam etdirə bilməyib. İnsidentə gəminin İran tərəfi ilə razılaşdırılmayan marşrutla hərəkət etməsinin səbəb olduğu bildirilir.

Denizxeber.az bildirir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb. Hadisə nəticəsində gəmiyə və ətraf mühitə dəyən ziyanın miqyası hələlik tam müəyyən edilməyib.

Qeyd olunur ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri regiondakı gərgin hərbi-siyasi vəziyyət fonunda beynəlxalq gəmiçilik şirkətlərinə xəbərdarlıqlarını yeniləyib. SEPAH bütün dünyadakı gəmi kapitanlarına, gəmi sahiblərinə və dənizçilik operatorlarına xatırladıb ki, Hörmüz boğazından təhlükəsiz keçidin təmin olunması üçün hərəkət marşrutları mütləq şəkildə İran tərəfi ilə əvvəlcədən razılaşdırılmalıdır.