Hörmüz boğazı və onun 10 milyon barellik strateji yükü

60

Hörmüz boğazı vasitəsilə qlobal bazarlara daşınan xam neftin gündəlik həcmi yenidən 10 milyon barel səviyyəsini keçib.

Denizxeber.az bildirir ki, bu barədə “Bloomberg” agentliyi ABŞ administrasiyasının yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.

Regiondakı logistik vəziyyətlə bağlı əsas göstəricilər aşağıdakı kimidir:

Hazırda Hörmüz boğazından yan keçən alternativ boru kəmərləri və quru yolları vasitəsilə qlobal bazarlara gündəlik daha 5 milyon barel neft tədarük edilir.

Agentliyin təhlilində qeyd olunur ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başlamazdan əvvəl bu strateji dəniz arteriyası vasitəsilə sutkada təxminən 20 milyon barel (qlobal neft istehlakının təxminən 20%-i) neft nəql edilirdi. Mövcud rəqəmlər boğazdakı gəmi hərəkətliliyinin əvvəlki pik dövrlərlə müqayisədə yarıbayarı azaldığını göstərir.

Xəbərdə həmçinin vurğulanır ki, bir qədər əvvəl İranın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi Əli Bəhreyni kommersiya gəmilərinin təhlükəsiz keçidi və beynəlxalq gəmiçiliyin bərpası üçün Hörmüz boğazının açıq olduğunu rəsmən təsdiqləyib.