Nyu-Yorkda təşviş

104

ABŞ-nin Nyu-York şəhərindəki Rokuey çimərliyi bağlana bilər.

Denizxeber.az “FOX News”a istinadən xəbər verir ki, buna səbəb sahilə yaxın hissədə köpəkbalıqlarının müşahidə edilməsidir.

İyulun 2-də şəhərin ən böyük çimərliyinin yaxınlığında bir neçə köpəkbalığı peyda olub.

Qeyd edək ki, Nyu-Yorkda son günlər havanın temperaturu 38 dərəcəyə qədər yüksəlib. Yerli hakimiyyət orqanları şəhər daxilində soyutma mərkəzlərinin açılmasına dair göstəriş verib.