ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) tələbələri beynəlxalq innovasiya ekosistemində növbəti uğura imza atıblar.
Denizxeber.az bildirir ki, “Enterprise Azerbaijan”ın təşkil etdiyi “Startup School 4: Beş qitə – 500 startap” proqramının növbəti mərhələsinə seçilən 200 layihə arasında ADDA-nınn5 tələbəsinin 4 layihəsi də yer alıb.
Hazırda seçilmiş layihələr üzrə tələbələr beynəlxalq təlim və mentorluq proqramında iştirak edirlər. Proqram çərçivəsində ilk təlim sessiyası Maltada fəaliyyət göstərən “Deep Tech Foundry” şirkətinin nümayəndəsi Qonca Kara tərəfindən “Dayanıqlı İqtisadiyyat: Avropa İmkanları” mövzusunda keçirilib.
Bununla yanaşı, Malta, Finlandiya, Estoniya, Avstraliya, Hindistan və digər ölkələrin innovasiya ekosistemlərini təmsil edən mütəxəssislər layihələrə fərdi mentorluq dəstəyi göstərirlər. Təlimlər innovasiyaların kommersiyalaşdırılması, süni intellekt texnologiyalarının tətbiqi, investisiya cəlbi, biznes modellərinin qurulması, texnologiya transferi və beynəlxalq bazarlara çıxış imkanları kimi aktual istiqamətləri əhatə edir.
Proqramın yekun mərhələsi olan “Demo Day” tədbiri 30–31 oktyabr 2026-cı il tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək “TEI Forum 2026” çərçivəsində təşkil olunacaq.




