Tankerlər Hörmüz boğazından yan keçir

63

Ən azı dörd neft və mayeləşdirilmiş təbii qaz tankeri Hörmüz boğazından keçməkdən imtina edərək marşrutunu dəyişib.

Denizxeber.az bildirir ki, buna səbəb boğaz yaxınlığında neft və qaz tankerlərinin zərər görməsi, eləcə də ticarət gəmilərinə hücumlarla bağlı yayılan məlumatlar olub.

Hadisələrdən sonra dəniz təhlükəsizliyi üzrə qurumlar Hörmüz boğazından keçən gəmilər üçün təhlükə səviyyəsini “böhran” həddinə qaldırıblar.