Tanker ələ keçirildi

69

İyulun 17-də Somali sahillərində Tanzaniya bayrağı altında üzən tanker dəniz quldurlarının hücumuna məruz qalıb.

Denizxeber.az bildirir ki, tanker Pakistanın Kəraçi limanından Somalinin Bosaso şəhərinə doğru hərəkət edirmiş. Gəminin ələ keçirilməsi Yəmənin cənub-şərq sahillərindən təxminən 26 dəniz mili məsafədə baş verib.

Tankerin sonrakı marşrutu barədə məlumat verilmir.

Hazırda Yəmən hökuməti beynəlxalq tərəfdaşlarla birlikdə hadisəyə cavab tədbirləri hazırlayır.